Renat Dadaşovun komandası finala adladı

10:07 - 21 Aprel 2022

Portuqaliya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Tondela” “Mafra” ilə qarşılaşıb.

Millimizin üzvünün komandası doğma meydanda 3:0 qalib gəldiyi rəqiblə səfərdə 1:1 oynayıb. Start heyətində meydana çıxan 55-ci dəqiqədə əvəzlənib.

“Tondela”nın finaldakı rəqibi “Porto” - “Sportinq” cütünün qalibi olacaq. İlk qarşılaşma “Porto”nun 2:1 hesablı qələbəsiylə yekunlaşıb

Kubokun final qarşılaşması isə mayın 22-də təşkil olunacaq.

Xəbər xətti