UEFA Bakıda seminar keçirəcək

10:49 - 21 Aprel 2022

Bakıda UEFA-nın təşkilatçılığı ilə məşqçi təlimatçılarının inkişaf seminarı keçiriləcək.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 25-də başlayacaq seminar 3 gün davam edəcək.

Toplantıda Albaniya, Belarus, Farer adaları, Cəbəllütariq, Moldova, San Marino və Uelsdən olan təlimatçılar iştirak edəcək.

UEFA-nın Grassroots Mentoru Les Hovienin keçirəcəyi seminara UEFA nümayəndələri Ghenadie Scurtul və Tibor Sisa rəhbərlik edəcək.

​Seminarda AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi tədris şöbəsinin müdiri Aslan Kərimov və təlimatçılar iştirak edəcək.

Xəbər xətti