Superliqanın lideri üçün ciddi itki

11:36 - 21 Aprel 2022

Superliqanın lideri "Trabzonspor" ciddi itkiylə üzləşib.

Sportal.az xəbər verir ki, Qaradəniz klubunun forvardı Antonio Nvakaeme sıradan çıxıb.

"Kayserispor"la kubok matçında (1:0) zədələnən afrikalı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

33 yaşlı futbolçu bu mövsüm Super Liqada 27 oyunda 11 qol vurub, 10 məhsuldar ötürmə edib.

​"Trabzonspor" çempionatda liderdir.

Xəbər xətti