Xorvatiya mətbuatı Mahiri "Hayduk"la matçın ən yaxşısı seçdi

12:38 - 21 Aprel 2022

Xorvatiya mətbuatı ölkə çempionatının 9-cu turdan təxirə salınan "Hayduk" - "Dinamo" (1:0) matçına görə futbolçulara qiymət verib.

Sportal.az xəbər verir ki, "Sportske novosti" portalı hər iki komandanın futbolçularını qiymətləndirərkən, Mahir Emreliyə 6 bal verib.

Millimizin forvardı ilə yanaşı "Dinamo"dan daha 6 nəfər eyni balla qiymətləndirilib. Amma dünənki matçda Zaqreb klubundan ən yaxşı məhz Emreli seçilib.

Xəbər xətti