"Real"ın hücumçusu Kərim Benzema La Liqanın XXXIII turunda "Osasuna" ilə oyunda (3:1) iki penaltini qola çevirə bilməyib.
Sportal.az xəbər verir ki, o, son 16 ildə çempionatın bir oyununda iki penaltidən yararlana bilməyən ilk futbolçu olub.
Sonuncu dəfə 2006-cı ilin aprelində bu vəziyyətlə "Espanyol"un keçmiş hücumçusu Raul Tamudon "Betis"lə oyunda (2:0) üzləşmişdi.
