"Mançester Yunayted"i İtaliyaya dəyişir

18:50 - 21 Aprel 2022

"Mançester Yunayted"in futbolçusu Nemanya Matiç komandasını dəyişməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda Premyer liqa təmsilçisinindən ayrılacağını açıqlayan serbiyalı yarımmmüdafiəçi karyerasını İtaliyada davam etdirməyə yaxındır. 33 yaşlı futbolçunun "Roma" ilə razılıq əldə etdiyi bildirilir.

 

Nemanya Matiç "Mançester Yunayted"ə 2017-ci ilin yayında "Çelsi"dən transfer olunub. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 28 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti