"Fənərbaxça" "Trabzonspor"un vingeri ilə razılaşdı

22:10 - 21 Aprel 2022

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"un yarımmüdafiəçisi Antonio Nvakaemenin xidmətində maraqlıdır.

 

Türkiyə mətbuatının yazdığına görə, "sarı-lacivərtlilər" 33 yaşlı vingerlə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib. Nigeriyalı futbolçu "Fənərbaxça"da illik 2,75 milyon avro qazanacaq.

 

Antonio Nvakaeme "Trabzonspr"a 2018-ci ilin yayında İsrailin "Hapoel Beer Şava" klubundan transfer olunub. Təcrübəli oyunçu cari mövsümdə "bordo-mavilər"in heyətində meydana çıxdığı 32 oyunda 12 qol və 11 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti