"Liverpul" 16 yaşlı futbolçu transfer etdi

10:25 - 22 Aprel 2022

"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Şotlandiya "Seltik"indən 16 yaşlı yarımmüdafiəçi Ben Doakı transfer edib. "Qırmızılar" bu keçid üçün qarşı tərəfə 600 min fint-sterlinq ödəyəcək.

 

Ben Doak "Seltik"in əsas komandasının heyətində 2 matçda meydana çıxıb.

Xəbər xətti