Anxel Di Mariya mövsümün sonunda PSJ-ni tərk edəcək.
Sportal.az xəbər verir ki, argentinalı vinger karyerasını İtaliyada davam etdirə bilər.
"SkySports"un məlumatına görə, 34 yaşlı futbolçunun xidmətində "Yuventus" maraqlıdır. Turin təmsilçisi yayda azad agent statusunda olacaq oyunçunu heyətinə qatmaq üçün fəaliyyətə başlayıb.
Anxel Di Mariya cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 26 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
