AFFA rəsmisini təhqir edən funksionerin stadiona girişi qadağan olundu

14:28 - 22 Aprel 2022

"Səbail"in U-17 komandasının rəsmisi Mirbağır İsayevin stadionlara girişinə qadağa qoyulub.

Sportal.az xəbər verir ki, buna səbəb funksionerin AFFA rəsmilərini təhqir etməsi olub. Bu barədə İntizam Komitəsi qərar qəbul edib.

U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda AFFA rəsmilərini təhqir edən İsayevin 10 oyun stadiona girişinə qadağa qoyulub.

Xəbər xətti