Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 76-cı ildönümüdür.
Sportal.az xəbər verir ki, Zaqreb "Dinamo"sunda çıxış edən Mahir Emreli bununla bağlı instaqram səhifəsində paylaşım edib. 24 yaşlı hücumçu Milli Qəhrəmanın şəkli əks olunmuş köynəklə şəklini paylaşıb və "Böyük kapitan" sözlərini qeyd edib.
Qeyd edək ki, Allahverdi Bağırov bir vaxtlar “Qarabağ” komandasının məşqçisi və kapitanı olub.
saytlarin hazirlanmasi