"Çelsi"nin hücumçusu Romelu Lukakunun PSJ-yə keçidi baş tutmaya bilər.
Sportal.az "goal"a istinadən xəbər verir ki, belçikalı forvarda daha bir təklif "Milan"dan gəlib.
Belə ki, İtaliya klubu Lukaku uğrunda PSJ ilə mübarizəyə girişib. Amma "Milan" 28 yaşlı hücumçu üçün tələb edilən məbləği ödəmək niyyətində deyil. Onlar Lukakunu "Çelsi"dən icarəyə götürmək istəyir. Forvardın sabiq klubu "İnter" də onu geri qaytarmaq istəyir. "Çelsi"də özünü xoşbəxt hiss etməyən hücumçunun yayda Londonu tərk edəcəyi dəqiqdi.
