"Mançester Yunayted"li mövsümü erkən başa vurdu

20:24 - 22 Aprel 2022

"Mançester Yunayted" ciddi itkiylə üzləşib.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Pol Poqba üçün mövsüm bitib.

Bu barədə komandanın baş məşqçisi Ralf Ranqnik yerli mətbuata açıqlamasında deyib. O, fransalı yarımmüdafiəçinin zədə səbəbindən mövsümü başa vurduğunu söyləyib.

Poqba Premyer Liqanın XXX turunun "Liverpul"la səfər matçında (0:4) sıradan çıxıb.

​O, bu mövsüm 27 oyunda 1 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti