"Mançester Siti"nin hücumçusu Qabriel Jezus klubunu dəyişəcək.
Sportal.az "Sport Witness"a istinadən xəbər verir ki, London klubu braziliyalı forvard üçün danışıqlara başlayıb.
Bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 34 qol vuran Qabriel özü də komandanı tərk etmək istəyir. "Arsenal" Lakazetin transferindən əldə edəcək məbləği Jezus üçün xərcləyəcək.
