Niderland Eerste Divizyesində (I Liqa) 36-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" doğma meydanda "Eyndhoven"i qəbul edib. Matç qanaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
35 xalı olan "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi