"Barselona"dan dünya rekordu

11:19 - 23 Aprel 2022

Qadın futbolçular arasında Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya "Barselona"sı ilə Almaniya "Volfsburq"u arasında keçirilmiş ilk oyun yeni dünya rekordu ilə əlamətdar olub.

Sportal.az xəbər verir ki, "Kamp Nou"da baş tutan matçı 91 min 648 azarkeş stadiondan izləyib. Bu, qadınların futbolunda rekord göstəricidir.

"Barselona" "Volfsburq"u 5:1 heasbıyla məğlub edib. Bu komandalar arasında cavab matçı aprelin 30-da keçiriləcək.

Xəbər xətti