Qabriel Jesus mövsümün sonunda "Mançester Siti"dən ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçunun xidmətində "Arsenal" maraqlıdır. "The Athletic"in məlumatına görə, London təmsilçisi uzun müddətdir 25 yaşlı forvardın meneceri ilə danışıqlar aparır.
"Mançester Siti" 1 il sonra müqaviləsi başa çatan futbolçunun satışından gəlir eldə etmək istəyir.
Qeyd edək ki, Qabriel Jesus "Mançester Siti"yə 2017-ci ilin qışında Braziliyalın "Palmeyras" klubundan keçib. O, cari mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 34 oyunda 7 qol və 3 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
