Çexiya 1-ci liqasında 25-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya Jijkov" səfərdə "Çrudim"in qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. 23 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana daxil olub.
25 turdan sonra 13 xal toplayan "Viktoriya Jijkov" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi