Yamaykanın 19 yaşadək futbolçulardan ibarət millisinin futbolçusu Omar Lainq öldürülüb.
Sportal.az xəbər verir ki, hadisə ölkənin paytaxtı Kinqstonda baş verib. 18 yaşlı hücumçu yoldan keçən avtomobildən atəşə tutulub. STATHS klubunda çıxış edən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Lainqin doğum gününü qeyd etdiyi zaman baş verib.
saytlarin hazirlanmasi
