Türkiyə I Liqasında 32-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Dənizlispor"u qəbul edib. Qarşılaşma "timsahlar"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.
Namik Ələskərov da bu görüşün iştirakçısı olub. 27 yaşlı vinger matça start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunun müəllifi olub. Millimizin üzvü 55-ci dəqiqədə isə penaltidən yararlana bilməyib.
32 turdan sonra 35 xal toplayan "Bursaspor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi