İspaniya kubokunun qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, həlledici oyunda "Betis" və "Valensiya" komandaları üz-üzə gəliblər.
Əsas vaxtı 1:1 hesabıyla bitən görüşün qalibini müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Son zərbələrdə daha dəqiq olan "Betis" 5:4 hesabıyla qələbə qazanaraq, kuboka yiyələnib.
İspaniya kuboku
Final
"Betis" - "Valensiya" - 1:1 (penaltilər 5:4)
Qollar: B.İqlesias, 11 - H.Duro, 30
