"Roma"nın hücumçusu Temmi Abraham "Arsenal"ın transfer siyahısına düşüb.
Sportal.az "Daily Star"a istinadən xəbər verir ki, ingilis hücumçu üçün "topçular"ın rəsmiləri danışıqlara başlayıb.
"Arsenal" 24 yaşlı forvard üçün 59 milyon avro ödəməli olacaq. Abrahamın 2026-cı ilə qədər İtaliya klubu ilə müqaviləsi qüvvədədi.
Forvard əvvəllər "Çelsi"nin formasını geyinib.
