Bavariya" Bundesliqada sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Tomas Müller 11-ci dəfə ölkə çempionatını qazanıb. O, Bundesliqada ən çox "qızıl" qazanan oyunçu olub.
Müller 2009-cu ildən "Bavariya"nın əsas komandasında çıxış edir. O, bu mövsüm 30 oyunda 7 qol vurub, 20 məhsuldar ötürmə edib.
