Paytaxt klubu italiyalı forvard gətirir

13:45 - 24 Aprel 2022

İtaliya millisinin və "Torino"nun hücumçusu Andrea Belotti "Vest Hem"ə keçə bilər.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi italiyalı forvarda 3 illik müqavilə təklif edib. Amma klub sözügedən futbolçunu azad agent kimi heyətinə qatmaq niyyətindədi.

Belottinin "Torino" ilə müqaviləsi mövsüm sonunda başa çatacaq. Onun xidmətində "Milan", "İnter" klubları da maraqlıdı.

Xəbər xətti