Yeni mövsümdən İngiltərə Premyer Liqasının iddialı klublarından birinə çevriləcəyi ehtimal edilən “Nyukasl” çərçivəni Keylor Navasa tapşırmaq istəyir.
Sportal.az “Fichajes”ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəsmiləri kosta-rikalı qapıçı üçün indidən hərəkətə keçib.
Paris klubundakı durumundan narazı olan Navas “Nyukasl”ın ilkin təklifinə razılıq verib. 35 yaşlı qapıçının yayda Premyer Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı iddia edilir.
