Nazarov qol vurdu, komandası 1 xal qazandı

17:53 - 24 Aprel 2022

Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" doğma meydanda "Hanza"nı qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

 

31 turdan sonra 23 xal toplayan "Erzgebirge" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti