"Bavariya" Noyerə yeni müqavilə təklif etdi

18:22 - 24 Aprel 2022

"Bavariya" Manuel Noyerlə müqavilə müddətini artıracaq.

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu təcrübəli qolkiperə 1 illik müqavilə təklif edib.

Almaniya çempionu ilə müqaviləsi 2023-cü ildə başa çatacaq Noyer yeni müqaviləyə əsasən 2024-cü ilə qədər "Bavariya"ya məxsus olacaq.

O, 2011-ci ildə "Şalke"dən "Bavariya"ya keçib.

Xəbər xətti