Yığmamızın üzvü Latviyada debüt etdi

20:03 - 24 Aprel 2022

Şakir Seyidov "Dauqavpils"in heyətində debüt edib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Latviya çempionatının 8-ci turu çərçivəsində baş tutan “Metta” ilə oyunun iştirakçısı olub.

U-21 yığmamızın üzvü qarşılaşmanın 77-ci dəqiqəsində meydana çıxıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Seyidov "Sabah"a məxusdu və icarə əsasında "Dauqavpils"də çıxış edir. 

​“Dauqavpils” 8 turdan sonra 12 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti