Portuqaliya çempionatında XXXI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” doğma meydanda "Vitoriya" ilə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
Hazırda 26 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.