Beyl Madriddə qala bilər

14:11 - 25 Aprel 2022

Mövsümün sonunda "Real"la müqaviləsi bitən Qaret Beyl İspaniyada qala bilər.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı vingerlə Madridin digər təmsilçisi "Atletiko" maraqlanır. Uelsli futbolçu özü də karyerasını İspaniyada davam etdirmək istəyir.

 

Qaret Beyl 2013-cü ildən "Real"da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.

Xəbər xətti