Antonio Rüdiger mövsümün sonunda "Çelsi"dən ayrılacaq.
Sportal.az xəbər verir ki, almaniyalı müdafiəçi London təmsilçisini ilə müqaviləsinə yeniləməyəcək. 29 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi də məlumdur. Almaniya millisinin üzvü "Real"la 4 illik müqavilə ilə bağlı razılıq əldə edib. Rəsmi açıqlama mövsümün sonunda olacaq.
Rüdiger "Çelsi"yə 2017-ci ilin yayında "Roma"dan transfer olunub. Təcrübəli mərkəz müdafiəçisi cari mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 47 oyunda 5 qol və 4 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
