“Beşiktaş”ın futbolçusu Kevin Nkudu milli komanda seçimini edib.
Sportal.az xəbər verir ki, Fransa vətəndaşlığı olan yarımmüdafiəçi Qətərdə keçirilən DÇ-2022-də Kamerun yığmasının uğurları üçün çalışacaq.
Ailəsi Kamerundan olan, lakin Fransada doğulan Kevin bu ölkənin aşağı yaş qruplarında da çıxış edib.
Fransanın əsas yığmasında oynamayan futbolçunun Kamerun millisində çıxış etməsi üçün bir problem yoxdur.
