"Milan" yayda heyətini gücləndirəcək.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi "Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrezi transfer etmək niyyətindədi. Bunun üçün isə onlar futbolçu ilə danışıqlara başlayıb.
"Şəhərlilər"lə müqaviləsi 2023-cü il iyunda sona çatacaq əlcəzairli futbolçu özü də İtaliyaya köçmək istəyir.
Amma onun "Real", "Barselona", PSJ-dən təkliflərinin olması "Milan"ın işini çətinə salır.
