Millimizin üzvü "Bursaspor"un bombardiridi

18:14 - 25 Aprel 2022

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov "Bursaspor"un heyətində Türkiyə 1-ci liqasının 34-cü turunda "Dənizlispor"la matçda fərqlənərək komandasına qələbə qazandırıb.

Sportal.az xəbər verir ki, bu, millimizin üzvünün Türkiyə klubunun heyətində 2021/2022 mövsümündə vurduğu 6-cı qol olub. Hazırda Namiq "Bursaspor"un bombardiridi. Onun ən yaxın izləyicisi isə belçikalı Massimo Bruno deyib.

​Hazırda Bursa təmsilçisi 35 xalla 18-ci pillədədi.

Xəbər xətti