"Tottenhem" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir.
Sportal.az xəbər verir ki, "İnter"in müdafiəçisi Denzel Dumfris London klubunun hədəfindədir. Komandanın baş məşqçisi Antonio Konte şəxsən özü onun transferini istəyir.
"İnter" müdafiəçisini ən azı 40 milyon avroya satacağını bildirib. "Tottenhem" bu məbləği ödəməyə hazırdı.
