Avstriyalı "Mançester Siti" ilə oyuna çıxmayacaq

20:12 - 25 Aprel 2022

"Real"ın futbolçuları David Alaba və Kazemiro Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə ilk oyunu buraxa bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı oyunçu La Liqanın 33-cü turunda “Osasuna” ilə görüşü (3:1) buraxıb. Avstriyalı müdafiəçi isə ilk hissədən sonra dəyişdirilib.

Bildirilib ki, Kazemiro və Alaba ilə bağlı yekun qərar matç ərəfəsində veriləcək.

​Qeyd edək ki, sabah keçiriləcək "Mançester Siti" - "Real" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti