Türkiyə mətbuatı: "Namiq Ələsgərovun oyunu klubdakı hər kəsi təəccübləndirir"

18:44 - 26 Aprel 2022

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov “Bursaspor”dakı çıxışı ilə Türkiyə mətbuatının gündəmindən düşmür.

Sportal.az xəbər verir ki, "Bursaspor"da bu gün" portalı Ələsgərovun 6 qol və 6 assistlə komandanın ən dəyərli futbolçusu olduğunu yazıb. Amma eyni zamanda Türkiyə mətbuatı Namiqin fərqlənə bilmədiyi və qaçırdığı epizodları da toxunulub:

“27 yaşlı futbolçu tez-tez sərfəli epizodlardan istifadə edə bilmir. "Dənizlispor"a 1:0 qalib gəldikləri matçda Namiq penaltidən də yararlana bilmədi. Halbuki bu görüşdə yeganə qolu özü vurmuşdu. Ələsgərovun oyunu məşqçilər korpusu və klubdakı hər kəsi yaxşı mənada təəccübləndirir".

Xəbər xətti