"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev xeyirxah addımı ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, millimizin üzvü ATV-də yayımlanan "Bizimləsən" verilişində əməliyyatı üçün pul yığılan Amir adlı körpəyə öz yardımını edib.
O, özü verilişə gələrək konevrtin içərisində olan pulu proqramın aparıcısı Zaur Baxşəliyevə verib.
