Millimizin qapıçısı sifariş ərizəsinə daxil edildi, Superliqada debüt edə bilər

21:34 - 26 Aprel 2022

Aprelin 27 və 28-də futzal üzrə Rusiya Superliqasının pley-off mərhələsinin oyunları keçiriləcək.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli nəhayət ki, “Torpedo”nun heyətində Rusiya çempionatında debüt edə biləcək.

Onun komandası "Qazprom-Yuqra" ilə qarşılaşacaq. Klub rəhbərliyi Rövşənə sifariş ərizəsinə daxil edildiyi və bu matça hazırlaşa biləcəyini bildirib.

Qeyd edək ki, Hüseynli "Torpedo"ya martın sonunda keçsə də, yalnız bu həftə RFİ İcraiyyə Komitəsinin bürosu zamanı onun çempionata buraxılması məsələsinə qərar verilib.

Xəbər xətti