Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Mançester Siti" "Real"ı qəbul edib. "Şəhərlilər" bu görüşdən 4:3 hesablı qələbə ilə ayrılıb.
Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.
Digər yarımfinal matçı aprelin 27-də İngiltərədə "Liverpul" və İspaniya "Vilyarreal"ı arasında baş tutacaq.
UEFA Çempionlar Liqası
26 aprel
"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 4:3
Qollar: Kevin de Bruyne, 2, Qabriel Jezuş, 11, Fil Foden, 53, Bernardu Silva, 74 - Kərim Benzema, 33, 82 (pen.), Vinisius Junior, 55
Baş hakim: İştvan Kovaç (Rumıniya)
