Türkiyənin "Ankaragücü" klubu "Qarabağ"dan icarəyə götürdüyü Kvabena Ovusunu birdəfəlik transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, bu barədə "ghanasoccernet.com" saytı məlumat yayıb. Xəbərdə qeyd olunub ki, Ankara təmsilçisi mövsümün sonunda 24 yaşlı forvardın transfer hüququnu alacaq.
Kvabena Ovusunun "Qarabağ"la müqaviləsi 2023-cü ilin yayına kimidir. Qanalı hücumçu 2021-ci ilin yayında "Ankaragücü"yə icarəyə verilib. O, Türkiyə I Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Ankaragücü" Türkiyə I Liqasında 33 turdan sonra liderdir. "Sarı-göylər" 1 xal qazanacağı təqdirdə Super Liqaya yüksələcək.
saytlarin hazirlanmasi