"Napoli"nin prezidenti Aurelio De Laurentis Xviça Kvaratsxeliyanın yayda klubla rəsmi müqavilə imzalayacağını bildirib.
Sportal.az "Radio Kiss Kiss Napoli"nin efirində klub rəhbəri məsələ haqda azarkeşləri xəbərdar edib. O, gənc futbolçu haqda bunları deyib: "Xviça yayda bizim futbolçu olacaq".
Hazırda "Dinamo"da (Batumi) oynayan gürcü futbolçunun "Napoli" ilə 5 illik müqavilə imzalayacağı iddia edilir.
Xatırladaq ki, Xviça Azərbaycan millisinin sabiq forvardı Badri Kvaratsxeliyanın oğludu.
