İngilis futbolçu Runinin rekordunu təkrarladı

18:30 - 27 Aprel 2022

"Mançester Siti"nin futbolçusu Fil Foden komandanın sabiq oyunçusu Ueyn Runinin rekordunu təkrarlayıb.

Sportal.az xəbər verir k, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçu buna Çempionlar Liqasının yarımfinal mərhələsində "Real "a qalib gəldikləri matçda fərqlənməklə nail olub. O, turnirdə 9-cu qoluna imza atıb. Forvard 21 yaşında bu göstəriciyə çatmaqla Ueyn Runinin rekordunu təkrarlayıb. O, bunu bacaran ikinci ingiltərəli oyunçu olub.

"Real " və "Mançester Siti" arasındakı cavab görüşü mayın 4-də Madriddə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Xəbər xətti