Millimizin üzvü "Sivasspor"da?

19:14 - 27 Aprel 2022

Millimizin futbolçusu Namiq Ələsgərov Türkiyədə klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Sivasspor" klubu "Bursaspor"da çıxış edən yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Sivas təmsilçisinin baş məşqçisi Rıza Çalımbay Namiqi komandasında görmək istəyir.

Xəbərdə "Sivasspor"la yanaşı, Super Liqanın daha bir neçə klubunun Ələsgərovla maraqlandığı bildirilib.

​27 yaşlı oyunçu bu  mövsüm "Bursaspor"la 33 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbər xətti