Qazaxıstan Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Emil Balayevin formasını geyindiyi "Turan" "Atırau"nu qəbul edib.
Matç 0:0 hesabı ilə yekunlaşıb. Millimizin qolkiperi bu oyunda da meydana çıxmayıb. Onun adı iştirak ərizəsinə daxil edilsə də, yeni komandasında debüt etmək şansı qazanmayıb.
Hazırda "Turan" 7 xalla 12-ci pillədə qərarlaşıb.
