"Dauqavpils" in heyətində Latviya çempionatında debüt edən Şakir Seyidov Sportal.az saytına açıqlama verib.
U-21 yığmamızın üzvü yeni klubundakı çıxışı barədə bunları deyib:
"Bəli, Latviya çempionatında debütümü etdim. Debütümə görə şadam. Komandamın qalib gəlməsinə görə də xüsusi olaraq sevindim. İkiqat sevindirici oldu. Bundan sonrakı oyunlarda da oynamaq üçün əlimdən gələni edəcəm. Hər halda bura gəlmişəmsə, özümü ən yaxşı tərəfdən göstərib əsas heyətə düşüb, oynamaq istəyirəm. Növbəti oyunumuz "Tukums"a qarşıdı. Həmin oyunda da meydanda olmaq üçün çalışacam".
"Mehriban, yaxşı kollektivimiz var. Məni də çox yaxşı qarşıladılar komandada. Sağolsunlar, dəstək olurlar. Asimlə də bir-birimizə dəstək oluruq. Latviya çempionatı yaxşı səviyyədədi, oyunlar asan alınmır" - deyə, Seyidov fikirlərini yekunlaşdırıb.
