"Göztəpə" Stepan Toması baş məşqçi postundan göndərib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İzmir təmsilçisi 46 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri də istefaya göndərib. Xorvatiyalı məşqçi komandanı Superliqada saxlaya bilmədiyinə görə postundan uzaqlaşdırılıb.
Halbuki o, martda "Göztəpə"yə baş məşqçi təyin olunmuşdu.
