"Bavariya" "Ayaks"dan iki futbolçu transfer edəcək.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi Amsterdam klubunun futbolçuları Nusser Mazraui və Rayan Qravenberxi heyətinə qatacaq.
Artıq Almaniya nəhəngi "Ayaks"a iki futbolçu üçün müraciət edib.
Mazraui və Rayan 2018-ci ildən Niderland klubunda oynayır.
