"Neftçi" "Qəbələ"nin futbolçusunu transfer edib?

22:19 - 27 Aprel 2022

"Qəbələ"nin futbolçusu Urfan Abbasov karyerasını "Neftçi"də davam etdirə bilər.

Sportal.az futbolxeber.az saytına istinadən xəbər verir ki, bu barədə məşhur "Transfermarkt" portalı məlumat yayıb. İddiaya görə, 29 yaşlı müdafiəçi əyalət təmsilçisi ilə müqavilə müddəti bitdikdən sonra - iyunda "ağ-qaralar"In sıralarına qoşulacaq.

​2012-2019-cu illərdə də "Qəbələ"nin formasını geyinmiş Abbasov keçən ilin yayında "Səbail"dən "qırmızı-qaralar"a qayıdıb. O bu mövsüm 24 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti