Çempionlar Liqası: "Liverpul" "Vilyareal"a şans tanımadı - VİDEO

01:02 - 28 Aprel 2022

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Sportal.az xəbər verir ki, bu dəfə “Liverpul”la “Vilyarreal” üz-üzə gəlib.

1/4 finalda "Bavariya"nı uzaqlaşdıran ispanlar "Liverpul" qarşısında tab gətirə bilməyib. Mersisayd klubu cavab qarşılaşması öncəsi üstünlük əldə edib.

Cavab matçı isə mayın 3-də, İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası

27 aprel

"Liverpul" (İngiltərə) – "Vilyarreal" (İspaniya) 2:0
Qollar:
P.Estupinyan, 53 (avtoqol), Mane, 55.

Baş hakim: Şimon Marçinyak (Polşa).

Xəbər xətti